PDF Oxu

İqtisadiyyat

  • 19

Rumıniyada SOCAR brendi ilə daha bir YDM açıldı

Rumıniyada SOCAR brendi ilə daha bir YDM açıldı

Bu ölkədə SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 15-ə çatıb

Rumıniyanın Neamt iqtisadi regionunun Piatra Neamt bölgəsində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi istismara verilib. ARNDŞ-dən daxil olan xəbərdə deyilir ki, YDM-nin açılışına həsr olunan mərasimdə "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, yerli hökümət qurumlarının nümayəndələri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.

3900 kvadrat metrlik sahəni əhatə edən YDM-də müştərilərə "Euro Dizel 95", "Super Euro Dizel 98", Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM ərazisində Rumıniyada ilk dəfə olaraq müştərilərə şaurma (dönər) təklif edən kafe fəaliyyət göstərir. Müştərilər həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar.

Bu, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən sayca 15-ci YDM-dır.

sia.az

Digər xəbərlər