"Spiegel Online" saytının məlumatına görə, Almaniyada müflis olan şirkətlərin sayı artmışdır. Cari ilin ilk 3 ayında 7 min 460 müəssisə iflasa uğramışdır. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Ümumilikdə cari ildə 30 min şirkət müflis olmuşdur. İflasa uğrayan şirkətlərin sayının artması 2012-ci ilin 4-cü rübündəki zəif iqtisadi göstəricilərlə izah edilir. Təkcə Bremen və Saksoniya-Anhalt federal torpaqlarında 35 şirkət müflis olmuşdur. Brandenburqda isə şirkətlərin 19 faizi iflasa etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...