ABŞ və Avropanın dövlət qurumlarının birgə əməliyyatı zamanı 358 sayt bağlanmışdır.
"Figaro" qəzetinin xəbərinə görə, bu saytlar saxta malların on-line satışı ilə məşğul olurmuş. Əməliyyatda Europol, Fransa, Rumıniya və Belçikanın dövlət qurumları iştirak etmişdir. Əməliyyat zamanı 150 min dollar dəyərində saxta mal müsadirə edilmişdir. ABŞ gömrüyünün məlumatına görə, ölkədə 2010-cu ildən indiyədək saxta mal satan 2 min 300 saytın fəaliyyəti dayandırılmışdır. Bu dəfə müsadirə olunmuş mallar arasında idman geyimləri üstünlük təşkil edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...