PDF Oxu

İqtisadiyyat

  • 28

Doqquz min metr saxta kabel satışdan çıxarılaraq təkrar emala göndərilmişdir

Doqquz min metr saxta kabel satışdan çıxarılaraq təkrar emala göndərilmişdir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə yoxlama aparmışdır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yoxlama zamanı satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılmışdır. Satışı dayandırılmış mallar istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilmişdir.

AzərTAc

Digər xəbərlər