2013-cü ilin iyun ayında Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sisteminin (BEHS) valyuta bölməsində hərracların ümumi həcmi 37,037 milyon manat, yaxud 47,224 milyon dollar təşkil etmişdir. Hərraclarda cəmi 11 bank iştirak etmişdir. Hesabat ayında 36 hərrac sessiyası keçirilmiş və 25 əqd qeydə alınmışdır.
Birjanın informasiya-təhlil şöbəsindən AzərTAc-a bildirmişlər ki, iyun ayında valyuta bölməsində hərracların həcmi may ayı ilə müqayisədə 3,479 milyon manat və ya 9 faiz azalmışdır.
Birjanın elektron hərraclar sistemində USD/AZN aləti üzrə orta gündəlik dövriyyə iyun ayında təqribən 2,058 milyon dollara çatmış, hər əqdin orta həcmi 1,764 milyon dollar təşkil etmişdir.
Qeyd edək ki, milli valyutanın USD/AZN_TOD aləti üzrə birja məzənnəsi hesabat ayında 0,01 faiz yüksələrək, 1 dollar üçün 0,7836 AZN-dən 0,7835 AZN-ə düşmüşdür. Bu zaman ABŞ dollarının manata nisbətdə orta məzənnəsi 1 dollar üçün 0,7843 AZN təşkil etmişdir.
İyun ayında market-meyker bankların sifarişləri əsasında 90 günlük BakiBOR kreditləri üçün hesablanan orta aylıq faiz dərəcəsi manatla illik 10,23 faiz, ABŞ dolları üzrə isə 11,10 faiz təşkil etmişdir. BakIBID üzrə 90 günlük faiz dərəcəsi manatla illik 4,82 faiz, ABŞ dolları üzrə 4,50 faiz təşkil etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...