"Günəşli" yatağında yeni quyu istismara verilib. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, "Günəşli" yatağındakı 10-cu özüldən 340 nömrəli quyu qazmadan sonra istismara verilib. "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2967-2936 metr intervaldan sutkalıq 70 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...