İyulun 6-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 2 Avqust Kino Günü ilə bağlı iclası keçirilib. İclasda 2 avqust kino işçilərinin peşə bayramı - Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edildi. Milli Kino Günü ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə Azərbaycan kinosundakı xidmətlərinə görə, xalq artisti Ələddin Abbasovun təltif edilməsi və mükafatın 2 avqust Kino Günündə sənətkara təqdim edilməsi barədə qərar qəbul olundu. Xatırladaq ki, Milli Kino Mükafatının ilk sahibi 2012-ci ildə xalq artisti Yaşar Nuri olub.
Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov (05.05.1922) Azərbaycan Respublikası xalq artisti (1971), "Qızıl Dərviş" mükafatı laureatıdır (2005). O, Gəncə Dövlət Dram Teatrının aktyorudur. Ə. Abbasov 1967-ci ildən filmlərə çəkilir. "Torpaq. Dəniz. Od.Səma" (1967), "Mən ki, gözəl deyildim" (1968), "Dəli Kür" (1969), "Qatır Məmməd" (1974), "Dörd bazar günü" (1975), "Od içində" (1978), "Gözlə məni" (1981), "Qocalar, qocalar..." (1982), "Nizami" (1982), "Köhnə bərə" (1984), "İşarəni dənizdən gözləyin" (1986), "Qətl günü" (1990), "Qisas" (1991), "Özgə vaxt" (1996), "Məkanın melodiyası" (2004) və s. filmlərdə müxtəlif rollar ifa edib. Çəkildiyi bütün filmlərdə bir-birindən maraqlı obrazlar yaradan aktyorun ən uğurlu rollarından biri də "Dəli Kür" filmindəki Cahandar ağa obrazıdır.
ZÜMRÜD
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...