Berlində Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 17-18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Ticarət və İntestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək. İclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi işçi qrup təmsil edəcək.İclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrin mövcud vəziyyəti, Yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...