PDF Oxu

İqtisadiyyat

  • 19

"TANAP Türkdilli dövlətlərin six inteqrasiyasina zəmin yaradacaq"

"TANAP Türkdilli dövlətlərin six inteqrasiyasina zəmin yaradacaq"

Azərbaycan bu gün Cənubi Qafqaz regionunun söz sahibi aparıcı lokomotividir. Bu mənada Türkiyə ilə Azərbaycan arasında imzalanmış Trans Anadolu Qaz Boru Kəməri - TANAP layihəsinin reallaşdırılması mühüm iqtisadi və siyasi hadisə idi. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçi ekspert Aydın Hüseynov bildirib.

O qeyd edib ki, bu nəhəng layihəyə birbaşa Azərbaycanın təşəbbüs etməsi real mənzərədən xəbər verir. A.Hüseynov vurğulayıb ki, bu strateji əhəmiyyət daşıyan bu layihə region coğrafiyasının Azərbaycanın fonunda yenidən dəyişməsinin təzahürü sayılır.

"İlk öncə onu qeyd etmək lazımdır ki, TANAP-dan əvvəl regionda trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb. TANAP isə əvvəlki sazişlərin məntiqi davamı, enerji marşrutlarının ana arteriyası hesab edilir. Eyni zamanda, TANAP "Cənub dəhlizi" enerji şəbəkəsinin ən mühüm komponentlərindən biridir. Bu layihə yeni-yeni dəhlizlərin də yaradılmasına geniş üfüqlər açır", - deyən iqtisadçı bir neçə onilliklər Avropaya enerji nəqlinə imkan verəcək TANAP layihəsinin strateji nəhəng kommunikasiya infrastrukturu olduğunu vurğulayıb.

A.Hüseynov layihənin Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət, ən əsası isə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin six inteqrasiyasina zəmin yaradacaq prespektiv proqram olduğunu söyləyib. Vurğulayıb ki, Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan "TANAP" tarixi əhəmiyyət daşıyan bir layihədir.

sia.az

Digər xəbərlər