PDF Oxu

İqtisadiyyat

  • 20

Tovuz şəhərinin su təchizatının yenidən qurulması layihəsi çərçivəsində sutəmizləyici qurğular kompleksinin tikintisi aparılır

Tovuz şəhərinin su təchizatının yenidən qurulması layihəsi çərçivəsində sutəmizləyici qurğular kompleksinin tikintisi aparılır

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 20 min şəhər və 30 min kənd əhalisinin suya olan tələbatı tam ödəniləcəkdir.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC–nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihənin icrasına 2010-cu ilin dekabrında başlanılmışdır.

Tovuz şəhərinin su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması işləri 3 mərhələdə aparılmışdır.

Birinci mərhələdə magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. İkinci mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən subartezian quyuları qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Su-kanal" İdarəsi üçün xidməti bina və istehsalat bazası tikilmişdir.

Layihənin icrasının üçüncü mərhələsində isə çirkab təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkəsinin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edir.

Məhsuldarlığı gün ərzində 7 min kubmetr olan çirkab təmizləyici qurğuya gələcəkdə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.

AzərTAc

Digər xəbərlər