PDF Oxu

İqtisadiyyat

  • 31

“Balakən” EŞ Müəssisəsi ərazisində yüksək keyfiyyət uğrunda təmir işləri davam etdirilir

“Balakən” EŞ Müəssisəsi ərazisində yüksək keyfiyyət uğrunda təmir işləri davam etdirilir

Balakən Elektrik Şəbəkəsi (EŞ) ərazisində elektrik enerjisi təminatında keyfiyyət və dayanıqlılıq daha da artırılmışdır.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müəssisədə 10 kilovoltluq "Sənaye", "Qazbinə", "Katex", "Qazma" və digər elektrik verilişi xətlərinin 2,3 kilometrdən artıq hissəsi təmir edilmişdir.

Cari ilin ötən 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 150-ə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş, qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 322,1 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 19,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

AzərTAc

Digər xəbərlər