PDF Oxu

İqtisadiyyat

  • 24

Şamaxıda taxılın tez və itkisiz toplanması üçün bütün qüvvələr səfərbər olunmuşdur

Şamaxıda taxılın tez və itkisiz toplanması üçün bütün qüvvələr səfərbər olunmuşdur

Şamaxı rayonunda taxıl biçini kampaniyası sürətlə davam etdirilir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il bölgədə 23 min 450 hektarda məhsul yetişdirilmişdir. Mühüm strateji məhsul olan taxılın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Sahələrə 45 kombayn çıxarılmışdır və bu günədək 11 min 730 hektar sahənin məhsulu toplanmışdır. Hər hektardan 17,4 sentner taxıl götürülür ki, bu da ötən ilki göstəricidən xeyli çoxdur.

Torpaq mülkiyyətçiləri biçin kampaniyasını iyulun sonunadək başa çatdırmaq əzimindədirlər.

AzərTAc

Digər xəbərlər