PDF Oxu

İqtisadiyyat

  • 17

Bərdədə 52 min tondan çox taxıl istehsal edilib

Bərdədə 52 min tondan çox taxıl istehsal edilib

Bərdə rayonunda taxıl biçini başa çatmışdır.Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 15 min 062 hektarda taxıl yetişdirmişlər. Taxıl zəmilərinin 12 min 125 hektarını buğda, 2937 hektarını isə arpa təşkil etmişdir.

Biçini uğurla başa çatdıran bərdəlilər sahələrdən 52 min 490,7 ton məhsul əldə etmişlər. Məhsulun 43 min 747,8 tonu buğda, 8 min 742,9 tonu arpadır.

Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 36,1 sentner, arpa sahələrində 29,8 sentner olmuşdur. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 1,7 sentner, arpanın məhsuldarlığı isə 0,6 sentner çoxdur.

AzərTAc

Digər xəbərlər