Bu ilin 6 ayı ərzində Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artmışdır.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 315 min 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılmışdır.
DSMF-dən bildirmişlər ki, 2013-cü il iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ümumilikdə 2 milyon 581 min 586 nəfər təşkil edir. Bunun da 58,6 faizi kişi, 41,4 faizi qadındır. 30-40 yaş arasında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5 faizini əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3 faiz, 40-50 yaş arasında 22,8 faiz, 50-60 yaş arasında 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 faiz təşkil edir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...