Azərbaycan İstilik Elektrik Stansiyası (İES) cari ilin iyun ayında 437,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etmişdir. Ötən 6 ayda isə stansiyada elektrik enerjisinin istehsalı təxminən 1 milyard 600,8 milyon kilovat-saat təşkil etmişdir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylanması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...