PDF Oxu

İqtisadiyyat

  • 26

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sorğu keçirir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sorğu keçirir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına (İKT) tələbatının öyrənilməsi və İKT-nin kütləviləşdirilməsi məqsədi ilə sorğu keçirir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən hansı xidmətləri siz elektron xidmətlər şəklində görmək istərdiniz" kimi yalnız bir sual üzərində qurulan sorğu "www.iktili.az" saytında yerləşdirilmişdir.

Sorğu iştirakçıları özləri barədə müvafiq məlumatları yazdıqdan sonra təklifin məzmununu daxil etməlidirlər. Sorğuya daxil olmaq üçün "http://www.iktili.az/az/form1/" linkindən istifadə etmək lazımdır.

www.iktili.az saytı Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı yaradılmışdır.

AzərTAc

Digər xəbərlər