Cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,1 faiz artmışdır.
DSMF-dən AzərTAc-a bildirmişlər ki, iyulun 1-nə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 15 min 824 nəfərə yüksəlmişdir.
Ümumilikdə 97 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 min 621 nəfərini Türkiyə vətəndaşları, 1723 nəfərini Gürcüstan vətəndaşları, 799 nəfərini Rusiya vətəndaşları təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (514), Çin Xalq Respublikası (390), Hindistan (381), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (234), Özbəkistan (178) və s. ölkələr gəlir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...