PDF Oxu

İqtisadiyyat

  • 40

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində yük və sərnişin daşınması artmışdır

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində yük və sərnişin daşınması artmışdır

Yanvar-may aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 24,3 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox yük, 115,7 milyon nəfər və ya 7,3 faiz çox sərnişin daşınmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yüklərin 36,4 faizi dəmir yolu, 18,4 faizi dəniz, 45,2 faizi avtomobil nəqliyyatı ilə daşınmışdır.

Yükdaşımaları fəaliyyətindən 190,5 milyon manat, sərnişin daşınmasından isə 38,7 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 6,6 və 14,7 faiz artım qeydə alınmışdır.

AzərTAc

Digər xəbərlər