Ağsu rayonunda bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı xeyli artmışdır.
Rayon statistika idarəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, cari ilin 6 ayında 72,6 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur. Bu, keçən ilin müvafiq dövründəkindən 1,2 milyon manat çoxdur. İstehsal olunan məhsulun 33,5 milyon manatı aqrar sektorun payına düşür. Bu il havaların əlverişsiz keçməsi bitkiçilik sahəsində işlərin, xüsusən taxıl biçininin ləngiməsinə səbəb olmuşdur ki, bu da aqrar sektorda ümumi məhsul buraxılışının yarım ildəki göstəricisinə təsir göstərmişdir.
İlin birinci yarısında ümumi məhsul buraxılışının 2,5 milyon manatı sənaye, 19,7 milyon manatı tikinti və sair sahələrdə olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...