Bu il iyunun 1-nə olan məlumatlara görə, Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz artaraq 5891,5 milyon manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əmanətlərin 3565,4 milyon manatı və ya 60,5 faizi milli valyutada, 2326,1 milyon manatı xarici valyuta şəklində qoyulmuş və müvafiq olaraq 45,5 faiz və 23 faiz artmışdır. Əmanətlərin 75 faizi özəl banklarda yerləşdirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...