Böyük Britaniyanın Kembric şəhərində ənənəvi "Kembric Konfransı" öz işinə başlamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmiz konfransda təmsil olunmuşdur.
AzərTAc xəbər verir ki, konfransada dünaynın müxtəlif ölkələrinin xəritəçəkmə qurumlarının rəhbərləri iştirak etmişlər. Bu ilki konfrans "İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi" devizi altında keçirilir.
Konfransın açılış mərasimində Böyük Britaniyanın milli xəritəçəkmə təşkilatının baş direktoru Vanessa Lavrens konfrans haqqında məlumat vermiş, ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs etmişdir.
"Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı", "milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu" , "Sənayenin inkişafı, bazar iqtisadiyyatı və imkanlar", "Regional təşəbbüslərin inkişafı", Beyəlxalq coğrafi standartların əhəmiyyəti" və başqa bir çox mövzular konfransın gündəmində duran başlıca məsələlərdəndir.İyulun 24-də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsi ilə birgə təşkil olunmuş sessiyanın Nazirlər Seqmentində müzakirə olunan məsələlər barədə Q.Məmmədovun təqdimatla çıxış edəcəyi gözlənilir.
Konfrans çərçivəsində BMT-nin aidiyyəti bölmələrinin rəhbərlərinin çıxışları və mövzular ətrafında müzakirələr aparılacaq və bir sıra digər tədbirlərin, o cümlədən Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komitənin 20-ci iclasının keçirilməsi planlaşdırılır.
Açılış mərasimindən sonra konfrans iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmişdir.
Konfrans iyul ayının 27-ə dək davam edəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...