PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 6,8 faiz artmışdır

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 6,8 faiz artmışdır

2013-cü ilin yanvar-may aylarında ölkəmizdə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 408,8 manat təşkil etmişdir. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, orta aylıq nominal əmək haqqında keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artım qeydə alınmışdır. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, inzibati və yardımçı xidmət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

yap.org.az

Digər xəbərlər