PDF Oxu

İqtisadiyyat

  • 10

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə ilin birinci yarısında 92 yeni iş yeri açılmışdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə ilin birinci yarısında 92 yeni iş yeri açılmışdır

Azərbaycanın informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 670,4 manata çatmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AzərTAc-a bildirmişlər ki, orta aylıq əməkhaqqı telekommunikasiya sektorunda 783,5 manat, poçt sektorunda isə 212 manat təşkil etmişdir. Həmçinin RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 346 manat olmuşdur.

Bu ilin birinci yarısında nazirlik üzrə 92 yeni iş yeri açılmışdır.

AzərTAc

Digər xəbərlər