Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bütün idarə və müəssisələrində olduğu kimi, "Azəriqaz" İstehsalat Birliyində (İB) də insan amilinə, əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Birlikdə əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik texnikası qaydalarına riayət olunması, eləcə də bu sahədə beynəlxalq standartların tətbiq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
AzərTAc xəbər verir ki, 2013-cü ilin birinci yarısında İB-nin idarə və təşkilatlarında əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tikinti işləri davam etdirilmiş, işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuş, yerlərdə aparılmış yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüş, İB-nin regionlarda yerləşən struktur bölmələrinin zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərinin dövri tibbi müayinədən keçirilmələri tam başa çatdırılmışdır.
ARDNŞ-in "Tullantıların idarə olunması planı"na uyğun olaraq, İB üçün 405 ədəd müxtəlif rəng koduna malik tullantı konteynerləri alınmış və tabeli təşkilatlar arasında paylanmışdır. "Azəriqaz" İB-də İSO:14001 və OHSAS:18001 Beynəlxalq standartlarının tətbiqi ilə əlaqədar təlim, tədris və sertifikatlaşdırma idarəsinin köməyi ilə müvafiq hazırlıq işləri aparılmış, daxili auditlər keçirilmiş, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmışdır.
İB üzrə istehsalatla bağlı baş verə biləcək hadisələrin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə dünya təcrübəsində geniş tətbiq olunan üsullardan istifadə edilir. Bundan başqa, Birliyin idarə və müəssisələrində cari ilin aprel və may aylarında keçirilmiş iməciliklər zamanı ətraf mühitin mühafizəsi, ekoloji mühitin qorunması məqsədi ilə 2 min 500 ədəd ağac, dekorativ kol və gül əkilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...