PDF Oxu

İqtisadiyyat

  • 20

Yardımlının yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

Yardımlının yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Yardımlı rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.

AzərTAc xəbər verir ki, bu il rayonun Bilnə və Bozayran kəndlərinə mavi yanacaq verilməklə təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1557-ə, qeyri- əhali sektorunda isə 14-ə çatdırılmışdır.

Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri başa çatdırılmış, Daşkənd küçəsinə, Qabaqdibi və Mişkireyn kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilir.

Hazırda rayonun 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir.

AzərTAc

Digər xəbərlər