Qazax rayonunda əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayonun elektrik şəbəkəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-iyun aylarında 10 kilovoltluq hava xəttində 1,19 kilometr, 0,4 kilovoltluq hava xəttində isə 6,4 kilometr cari təmir işləri aparılmış və 37 ədəd yararsız dayaq yenisi ilə əvəz edilmiş, 1 ədəd zədəli transformator əsaslı, 15 ədəd transformator isə cari təmir olunaraq istismara verilmişdir. Yeni tikilmiş 148 evə sayğaclar quraşdırılmış, 1,9 kilometr xətt çəkilmiş, 546 ədəd zədəli sayğaclar yenisi ilə əvəz edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...