Ağstafa rayonunun meyvəçiliklə məşğul olan fermerləri 1056 hektar bağda bol məhsul yetişdirmişlər.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, hazırda bağlardan alça, alma, şaftalı və digər meyvələr yığılır. Sahibkarlar hələlik bağlardan 2 min 211 ton məhsul tədarük etmişlər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 ton coxdur.
Rayonda meyvə yığımı davam edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...