Sentyabrın 16-dan 18-dək Polşanın Katovitsa şəhərində Regional İqtisadi Palatanın təşkilatçılığı ilə kiçik və orta sahibkarların III Avropa Konqresi keçiriləcəkdir.
Polşanın Bakıdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu tədbirə Azərbaycan da dəvət olunmuşdur.
Builki görüşün əsas mövzusu "Kiçik və orta sahibkarlar sektoru şirkətlərinin regional, ölkə və beynəlxalq səviyyədə əməkdaşlığı" olacaqdır.
Əvvəlki iki konqresdə biznes, elm və siyasi sahəni təmsil edən həm yerli, həm də xarici ölkələrdən 6 mindən çox nümayəndə iştirak etmişdir.
Üç gün davam edəcək konqresin işində Polşa və xarici ölkə ekspertlərinin iştirakı, çıxış və müzakirələrin keçirilməsi planlaşdırılmışdır.
Tədbir Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Avropa Komissiyasının sədri Xose Manuel Barozzo, həmçinin Avropa Parlamentinin sədri Martin Şultsun fəxri himayəsi altında keçiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...