PDF Oxu

İqtisadiyyat

  • 10

Xəzər rayonunun qəsəbələrinin yolları təmir edilir

Xəzər rayonunun qəsəbələrinin yolları təmir edilir

Paytaxtın Xəzər rayonunda Buzovna-Şagan-Mərdəkan-Şüvəlan və Qala-Pirallahi magistral yollarının yenidən qurulması ilə əlaqədar işlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, cari ilin 6 ayında Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovna qəsəbəsində 42 min 600 kvadratmetr, Şüvəlan qəsəbəsində 38 min kvadratmetr, Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6 kilometr, Qala-Pirallahı magistral yolunda 10 kilometr, Şüvəlan mərkəzi Almaz İldırım küçəsində 17 min kvadratmetr asfalt işi görülmüşdür.

Ümumilikdə rayon üzrə həmin dövr ərzində icra hakimiyyəti tərəfindən 13 kilometr, Dövlət proqramı çərçivəsində isə 19,3 kilometr olmaqla cəmi 32,3 kilometr yeni asfalt örtüyü salınmışdır.

AzərTAc

Digər xəbərlər