PDF Oxu

İqtisadiyyat

  • 16

Dövlət Proqramına uyğun olaraq Bibiheybət qəsəbəsində sosial layihələr icra olunur

Dövlət Proqramına uyğun olaraq Bibiheybət qəsəbəsində sosial layihələr icra olunur

"2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı"na Səbail rayonunun Bibiheybət qəsəbəsi də daxil edilmişdir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Dövlət Proqramına uyğun olaraq qəsəbədə yerləşən mədəniyyət evi və kitabxanada əsaslı təmir və möhkəmləndirmə işləri başa çatmaq üzrədir.

Bundan əlavə, qəsəbədəki 70 nömrəli uşaq bağçası üçün yeni əlavə otaqların tikintisi i davam etdirilir. Bağçada əlavə musiqi zalı və 3 otağın tikintisi nəzərdə tutulmuşdur.

Qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq cari ilin mart ayında qəsəbə bələdiyyəsinin yerləşdiyi binada yeni poçt məntəqəsi yaradılmış, burada əsaslı təmir işləri aparılmışdır.

Poçt məntəqəsi lazımi ləvazimat və inventarlarla təchiz olunmuş və artıq fəaliyyət göstərir.

AzərTAc

Digər xəbərlər