PDF Oxu

İqtisadiyyat

  • 17

Azərbaycan Aktauda Logistik Mərkəz inşa edəcəkdir

Azərbaycan Aktauda Logistik Mərkəz inşa edəcəkdir

Avqustun 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Qazaxıstan arasında "Aktau – İstehsal və Logistika Mərkəzi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanmışdır.

AzərTAc xəbər verir ki, sənəd Azərbaycan tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Azərsun Holdinq", Qazaxıstan tərəfindən isə bu ölkənin "Morport Aktau" Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti tərəfindən imzalanmışdır.

Memoranduma uyğun olaraq, Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonasında Logistik Mərkəzin tikintisi həyata keçiriləcəkdir. "Azərsun Holdinq" tərəfindən reallaşdırılacaq layihəyə AZPROMO tərəfindən hər cür dəstək göstəriləcəkdir. Logistik Mərkəz regionun tranzit və ixrac imkanlarının genişləndirilməsi yolu ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsini verəcəkdir. Bu investisiya layihəsi Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi, regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından əhəmiyyətli olacaqdır.

AzərTAc

Digər xəbərlər