PDF Oxu

İqtisadiyyat

  • 15

“Göyçay” EŞ Müəssisəsində tədbirlər planı icra edilir

“Göyçay” EŞ Müəssisəsində tədbirlər planı icra edilir

"Göyçay" Elektrik Şəbəkəsi Müəssisəsində geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.

"Azərenerji"ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin son üç ayında 10 kilovoltluq (kV)-lik 2-ci "Şəhər", I-II "Kənd", I "Quşçuluq" və digər hava xətlərində həyata keçirilmiş müxtəlif tədbirlər çərçivəsində 4,2 kilometrdən artıq xətt təmir edilmiş, 15 dayaq yenisi ilə əvəzlənmiş və 19 travers quraşdırılmışdır. Bu dövrdə 0,4 kV-lik xətlərdə dayaqlar düzləndirilmiş, məftillərin yerlə qabariti normallaşdırılmış və yaşıl kütlədən təmizlənmişdir. Transformator məntəqələrinin 54-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda dörd transformator istehlakçıların xidmətinə verilmişdir.

Növbəti aylarda da bu işlər davam etdiriləcəkdir.

AzərTAc

Digər xəbərlər