"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) bu ilin sonunadək "Universal yerüstü stansiyanın və müxtəlif peyklərdən peyk təsvirlərinin əldə edilməsi xidmətlərinin satınalınmasına dair" tenderin qalibini elan edəcəkdir.
Səhmdar Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, tender ötən il noyabrın 1-də elan olunmuşdur. Tender çərçivəsində daxil olan təkliflərin qəbulu bu ilin fevral ayında başa çatmışdır. Hazırda daxil olmuş təkliflərin araşdırılması və qiymətləndirilməsi prosesi gedir.
Universal yerüstü stansiyanın bu ilin sonunda tikintisinə başlanması nəzərdə tutulmuşdur. Stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.
Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...