PDF Oxu

İqtisadiyyat

  • 18

Bakıxanov qəsəbəsində yenidənqurma işləri aparılır

Bakıxanov qəsəbəsində yenidənqurma işləri aparılır

Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində yenidənqurma və abadlıq işləri aparılır.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, həmin küçələrdə tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüşdür. Xüsusi layihələr əsasında binaların fasadları üzlənmiş, qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri hündür metal örtüklərlə əvəz olunmuşdur. Artıq bu binalardan 18-də üzlənmə, 14-də isə dam örtüyünün vurulması işləri başa çatdırılmış, 11-də isə davam etdirilir.

Eyni zamanda, metronun "Koroğlu" stansiyasından "Atəşgah" dairəsi istiqamətində yolun sağ tərəfində yaşıllıq zolağının salınması və abadlaşma işləri davam etdirilmişdir. Bu işlər Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində də aparılmış və ərazi tam abadlaşdırılmışdır.

AzərTAc

Digər xəbərlər