İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışwww.icazeler.gov.az portalını iyul ayında 17300-dən çox internet istifadəçisi ziyarət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, internet istifadəçilərinin 400-dən çoxu Almaniya, Türkiyə, ABŞ, İtaliya, İspaniya, İsrail, Latviya, Özbəkistan, BƏƏ, Avstraliya, Belarus, İsveçrə, Macarıstan, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Ukrayna, İran, Hollandiya, Çin, Bolqarıstan, Litva və Fransadan olub.
Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 173 mindən çox internet istifadəçisi yararlanıb. Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İyul ayında 9, ümumilikdə isə indiyədək 123 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...