Bu ilin sonunadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Sülh, Gənclik, R.Qənbərov və digər mərkəzi küçələrinin yollarının genişləndirilməsi, yeni səkilərin salınması, binaların üzlənməsi, dam örtüklərinin, yeniləşdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, görüləcək tədbirlər nəticəsində qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcəkdir.
Bundan əlavə, rayonda, əsasən də köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması, çirkli gölməçələrin doldurulması işləri davam etdirilmişdir.
Yeni Ramana və Sabunçu qəsəbələri arasında yerləşən köhnə yod zavodunun tikililəri sökülərək, oradakı zərərli tullantılar təmizlənmiş, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır.
Həmin istiqamətdə yeni Ramana qəsəbəsinə qədər yolun hər iki tərəfində geniş abadlıq və təmir-bərpa işləri aparılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...