Ağsu rayonunda cari ilin 7 ayında tikinti-quraşdırma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
AzərTAc-a rayon statistika idarəsindən verilən məlumatda göstərilir ki, 2013-cü ilin 7 ayında rayonda 22 milyon 967 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 41,2 faiz çoxdur. Bu müddətdə əsas kapitala yönəldilən investisiyalar da 42,6 faiz artaraq 23 milyon 241 min manata çatmışdır.
Hazırda rayonda tikinti işləri sahəsində yeni layihələr həyata keçirilir. Belə ki, rayon mərkəzi xəstəxanasının yeni binası, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar, bir sıra kəndlərdə ümumtəhsil məktəbləri və sair tikilir, Ağsu şəhərinin su və kanalizasiya sistemi təzədən qurulur, küçə və parklar abadlaşdırılır, yeni park salınır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...