Avqustun 19-da Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev zavodun tədrici kokslaşma qurğusuna baxış keçirmiş və qurğuda yeni layihə olan kompressoru işə salmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...