PDF Oxu

İqtisadiyyat

  • 9

Bakı Metropoliteni sentyabrda yeni iş rejiminə keçəcəkdir

Bakı Metropoliteni sentyabrda yeni iş rejiminə keçəcəkdir

Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən - sentyabrın 16-dan etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcəkdir.

Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, hazırda qurumda qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir.

Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaqdır.

AzərTAc

Digər xəbərlər