PDF Oxu

İqtisadiyyat

  • 14

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın,suyun, rabitə xidmətlərinin ümumi dəyəri artaraq 75,2 milyon manat təşkil etmişdir

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın,suyun, rabitə xidmətlərinin ümumi dəyəri artaraq 75,2 milyon manat təşkil etmişdir

Cari ilin birin yarısında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən 850,4 milyon kilovat-saat elektrik enerjisi, 67,3 milyon kub metr təbii qaz, 11,6 milyon kub metr su, 4,2 milyon manatlıq rabitə xidmətləri istehlak edilmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 2,4 faiz, elektrik enerjisinin istehlakı 4,3 faiz, təbii qazın istehlakı 1,7 faiz, suyun istehlakı 7,4 faiz artmışdır.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun, rabitə xidmətlərinin ümumi dəyəri 3,7 faiz artaraq 75,2 milyon manat təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər