PDF Oxu

İqtisadiyyat

  • 15

Təsərrüfat subyektləri tərəfindən 122,1 milyon ton yük daşınmışdır

Təsərrüfat subyektləri tərəfindən 122,1 milyon ton yük daşınmışdır

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 122,1 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz çox yük daşınmışdır. Qeyri-neft yüklərinin həcmi 5,2 faiz artaraq 84,6 milyon tona çatmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56 faizi avtomobil nəqliyyatı, 27,6 faizi boru kəməri, 10,7 faizi dəmir yolu, 5,7 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.

AzərTAc

Digər xəbərlər