PDF Oxu

İqtisadiyyat

  • 21

Kürdəmirin Kürqırağı ərazilərində payızlıq kartof əkininə hazırlıq işləri davam edir

Kürdəmirin Kürqırağı ərazilərində payızlıq kartof əkininə hazırlıq işləri davam edir

Kürdəmir rayonunun Kürqırağı ərazilərində payızlıq kartof əkininə maraq artmışdır. Torpaq mülkiyyətçiləri əkin sahələrini ildən-ilə genişləndirirlər.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, Axtaçı, Mehdili və bir sıra digər Kürqırağı kəndlərin sakinləri artıq 300 hektardan çox sahəni şumlamışlar.

Əkin üçün 40 tonadək toxumluq kartof tədarük olunmuşdur.

Avqustun axırlarından əkinə başlanacaqdır.

AzərTAc

Digər xəbərlər