Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin yanvar-iyul aylarında 1039,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 0,1 faizlik artım əldə olunmuşdur.
Ölkədə 12,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 7,9 faizi su elektrik stansiyalarının, 92,1 faizi istilik elektrik stansiyalarının payına düşmüşdür.
Cari ilin birinci yarısında elektrik və istilik enerjisinin istehsalı üçün müəssisələr tərəfindən 2790,3 milyon kubmetr təbii qaz istifadə edilmişdir. Müəssisələr tərəfindən elektrik və istilik enerjisinin istehsalı üçün 1,4 min ton dizel yanacağı, 0,4 min ton mazutdan istifadə olunmuşdur.
Hesabat dövründə 1 kilovat-saat elektrik enerjisi istehsalına neft ekvivalenti ilə 225,4 qram yanacaq məsrəf olunmuşdur.
Cari ilin altı ayında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...