Bu ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3 min 484,7 manat (4441,3 ABŞ dolları) təşkil etmiş və 3,7 faiz artmışdır. ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 10,8 faizi tikintidə istehsal olunmuşdur.
Cari ilin yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8 faiz, artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...