PDF Oxu

İqtisadiyyat

  • 9

Biləsuvar rayonunda pambıq yığımına hazırlıq görülür

Biləsuvar rayonunda pambıq yığımına hazırlıq görülür

Bu il Biləsuvar rayonunda 5 min hektara yaxın sahədə pambıq əkilmişdir.

AzərTAc xəbər verir ki, cari ildə "Ağ qızıl", "Maraş" kimi yüksək reproduksiyalı toxumların əkilməsi bu il də üstünlük təşkil etmişdir. Yeni suvarma sistemlərinin tətbiqi, aqrotexniki tədbirlərin vaxtında icrası intensiv istehsala zəmin yaratmışdır. Pambıqçılara azot gübrəsinin 50 faiz güzəştlə verilməsi, hər hektar əkin sahəsinin dövlət tərəfindən 40 manat həcmində subsidiyalaşdırılması da istehsala müsbət təsir göstərən amillərdəndir.

Cari ildə rayonda 4 min torpaq mülkiyyətçisi pambıq əkmiş və məhsul satışından 5 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırmışlar.

Artıq sahələrdə kompleks becərmə işləri – kultivasiya və digər aqrotexniki tədbirlər başa çatmaq üzrədir. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri aparırlar. Bu məqsədlə 3 mindən çox işçi qüvvəsi səfərbər edilmiş, müxtəlif təyinatlı maşın və mexanizm, habelə emal zavodu hazırlıq vəziyyətinə gətirilmişdir.

Avqustun axırlarında yığım başlanacaqdır. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Biləsuvarda 10 min tondan çox "ağ qızıl" istehsalı gözlənilir.

AzərTAc

Digər xəbərlər