PDF Oxu

İqtisadiyyat

  • 8

Qaxlı fermerlər indiyədək 100 tona yaxın quru tütün istehsal etmişlər

Qaxlı fermerlər indiyədək 100 tona yaxın quru tütün istehsal etmişlər

Qax rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər indiyədək sahələrdən min tondan çox yaş tütün dərmişlər. Yığılmış məhsul qurudulmaq üçün "İnter-Tobacco" MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı müəssisəsinə təhvil verilir. Müəssisədə indiyədək 100 tona yaxın quru tütün istehsal olunmuşdur. Bu il rayonun təsərrüfatlarında 148 hektar sahədə ətirli tütün növləri əkilmişdir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırda təsərrüfatlarda payızlıq taxıl səpininə hazırlıq məqsədi ilə yay şumunun çıxarılması da mütəşəkkil davam edir. İndiyədək 3 min hektara yaxın sahədə şum aparılmışdır. Cari ilin payızında təsərrüfatlarda gələn ilin məhsulu üçün 10 min hektar sahədə taxıl səpininin aparılması nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər