PDF Oxu

İqtisadiyyat

  • 19

Şirvan-Muğan qrup su kəmərinin inşası başa çatmaq üzrədir

Şirvan-Muğan qrup su kəmərinin inşası başa çatmaq üzrədir

Beş rayonu içməli su ilə təmin edəcək 107 kilometr uzunluğunda Şirvan-Muğan qrup su kəmərinin inşası başa çatmaq üzrədir.

AzərTAc xəbər verir ki, avqustun sonlarında Biləsuvar şəhərinin 21 mindən çox əhalisi fasiləsiz olaraq keyfiyyətli içməli sudan istifadə edə biləcəkdir. Yaxın vaxtlarda isə rayonun daha 23 yaşayış məntəqəsi bu layihəyə qoşulacaqdır.

Layihə çərçivəsində Biləsuvar şəhərinin içməli su təchizatı şəbəkəsi də yenidən qurulmuşdur. Şəhərdə 79 kilometr uzunluğunda müxtəlif diametrli su xətləri çəkilmiş, 3728 abonent üçün "smart–kart" tipli sayğac qoyulmuşdur.

Şəhərin Bəydilli ərazisində hər birinin tutumu 5 min ton olan iki su anbarı tikilmişdir. Magistral kəmərdən yaşayış məntəqələrini su ilə təmin etmək üçün çıxışlar verilmişdir.

Rayonda kanalizasiya sisteminin yenidən qurulması layihəsinə uyğun olaraq 67 kilometr uzunluğunda müxtəlif diametrli, o cümlədən 7 kilometr uzunluğunda baş kollektor xətti tikilmiş, 2400–dən çox müşahidə quyusu qoyulmuşdur.

Layihə Biləsuvar rayonunda əhalinin 2035–ci ilədək təbii artımı nəzərə alınmaqla 93 min nəfərə hesablanmışdır.

AzərTAc

Digər xəbərlər