PDF Oxu

İqtisadiyyat

  • 12

Gələn il neft hasilatı ilə bağlı proqnozda heç bir dəyişiklik olmayacaqdır

Gələn il neft hasilatı ilə bağlı proqnozda heç bir dəyişiklik olmayacaqdır

Gələn il də neft hasilatı ilə bağlı proqnoz bu ilki həddə olacaq və büdcədə heç bir dəyişiklik edilməyəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.

ARDNŞ-in prezidenti bildirmişdir ki, gələn il də bu il olduğu kimi, 42,2 milyon ton neft hasil olunacağı proqnozlaşdırılır. Təbii qaz hasilatı proqnozunda da heç bir dəyişiklik edilməyəcək və gələn il də bu il olduğu kimi, 28,8 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

AzərTAc

Digər xəbərlər