PDF Oxu

İqtisadiyyat

  • 19

Ağcabədidə Gənclər Mərkəzinin inşası başa çatmışdır

Ağcabədidə Gənclər Mərkəzinin inşası başa çatmışdır

Ağcabədi şəhərində Gənclər Mərkəzinin inşası başa çatmışdır.

AzərTAc xəbər verir ki, mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 800 kvadratmetrdir. Gənclər Mərkəzində kompyuter salonu, konfrans, banket və boulinq zalları, elektron kitabxana, linqafon kabineti, kafe, tir atıcılıq mərkəzi, 3D formatlı sinema-klub, xidməti otaqlar fəaliyyət göstərəcəkdir.

Mərkəz lazımi inventar və avadanlıqla, sürətli internetlə təmin edilmişdir.

Hazırda Gənclər Mərkəzinin həyəti abadlaşdırılır, gül-çiçək əkilir, yaşıllıqlar salınır.

Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

AzərTAc

Digər xəbərlər