Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 6,8 faiz artaraq 410,8 manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuşdur. Ötən dövrdə sənayedə çalışanların orta aylıq əmək haqqı 638,7 manat, tikinti kompleksində 605 manat, nəqliyyatda 523,3 manat, rabitədə isə 665,9 manat təşkil etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...